

Fərqli materialların ahəngini və klassik dizaynı ustalıqla birləşdirən Jonathan Charles, bu gün dünyanın ən nüfuzlu markalarından biri kimi tanınır. Brend, hər bir detala göstərilən xüsusi diqqət, zəngin sənətkarlıq irsi və seçilən keyfiyyəti ilə məşhurdur.
Jonathan Charles fabriklərində hər detal ustalıqla, zövqlə və emosional bağlılıqla yaradılır. Bu, məhsullara həm funksional, həm də estetik dəyər qatır.
Jonathan Charles komandası təkcə mebel istehsalçıları deyl, həm də sənətkarlardır. Əl işinə əsaslanan klassik texnikalarla işləyən ustalar sənət əsərləri yaradırlar. Tanınmış ingilis dizayneri Jonathan Sowter tərəfindən təsis edilən brend, tez bir zamanda antik mebellər sahəsində dünya miqyasında tanınmışdır.
Jonathan Charles mebllərində ənənəvi əl işi texnikaları, o cümlədən incə oyma naxışlar, peşəkar ustalar tərəfindən yüksək səviyyədə tətbiq olunur. Bu elementlər sayəsində mebellər həm funksional, həm də sənət əsəri kimi dəyərləndirilir.
Digər istehsalçılardan fərqli olaraq, Jonathan Charles hər bir mebel üçün lazım olan aksesuarları – tutacaqlar, kilidlər, menteşələr və açarları – öz tökmə zavodunda xüsusi olaraq hazırlayır. Bu isə hər məhsula bənzərsiz və fərdi xarakter qatır.
Jonathan Charles idealogiyası yadda qalan və toplanmağa layiq mebel və aksesuarlar yaratmaqdır . Jonathan Charles dizayn komandası, hər bir kolleksiyanı yaradıcı təxəyyül, sənət sevgisi və funksionallıq anlayışı ilə formalaşdırır. Məqsəd – yalnız gözəl görünən mebel yaratmaq deyil, həm də hisslərimizi oyadan və məkana dəyər qatan əsərlər ərsəyə gətirməkdir.
İlham mənbələri isə olduqca geniş və yaradıcıdır – antika əşyalar, təbiətin özündən alınan formalar, köhnə Avropa memarlığı, hətta gündəlik həyatda qarşılaşılan bir parça daş, bir dəniz qabığı və ya qədim bir metal qapı detalı belə yeni bir mebel dizaynının başlanğıcı ola bilər.
Jonathan Charles brendinin ilham mənbəyi gündəlik həyatdakı ən kiçik detallardan belə qaynaqlana bilər. Bu da brendin özünəməxsus və fərqli dizaynlar yaratmasına imkan verir. Şirkətin məqsədi, zərif dizaynı və ustalıqla işlənmiş sənətkarlığı birləşdirərək, nəsildən-nəslə ötürüləcək lüks Amerika mebeli təqdim etməkdir.
Jonathan Charles – sənət, tarix və keyfiyyətin bir harmoniyasıdır. Onu digərlərindən fərqləndirən ən önəmli xüsusiyyətlər incə əl işi, bədii yanaşma, və unikal dizayn vizyonudur.