

Couture Jardin brendi Şimali Amerikada yaranıb və 15 illik brend tarixinə sahibdir. Təsisçi və Dizayner "Mr. Sofa " kimi tanınan məşhur dizayner cənab Normand Couture-dir. Əslən fransız olan dizayner unikal dizaynı ilə COUTURE Jardin-in güclü İP-nə çevrilmişdir
Couture Jardin – outdoor mebeli sahəsində fərqliliyi və incəliyi ilə seçilən beynəlxalq brenddir. Hər bir dizayn, həm funksional, həm də estetik baxımdan maksimum rahatlıq və zəriflik bəxş edir.
Couture Jardin kolleksiyaları şəhər mənzərəli terraslardan tutmuş, bağ evlərinə qədər müxtəlif açıq hava məkanları üçün nəzərdə tutulub. Bu mebellər yalnız funksional deyil, həm də evlərinizi estetik baxımdan yenidən dizayn edən incəsənət nümunələridir. Couture Jardin mebelləri Amerikanın dizayn fəlsəfəsinin dinamikliyi və müasirlik hissini mebeldə ifadəsini əks etdirərək heyrətamiz kompozisiyalar yaradır.
Couture Jardin mebelləri premium keyfiyyətli materiallardan hazırlanır – hər cür hava şəraitinə davamlı alüminium karkaslar, UV-yə davamlı parça örtüklər və təbii teksturalarla zənginləşdirilmiş səthlər. Bu mebellər zamanla yox olmayan dizayn anlayışını təcəssüm etdirir. Hər detalda keyfiyyət hiss olunur: tikişlərdəki dəqiqlik, yastıqlarda komfort, ümumi siluetlərdə isə dəbdəbə.
Məqsəd sadəcə oturmaq deyil – istirahət etmək, xoş anlar yaratmaq və rahatlıq hissini yaşamaqdır. Couture Jardin dizaynları bunun üçün yaradılıb: yumuşaq oturacaqlar, geniş künc divanlar, müasir masa və kreslo kombinasiyaları – bunların hamısı açıq havada sizlər üçün ev rahatlığını təmin edir.
Outdoor mebelləri evin davamı, zövq və şəxsiyyətinin əksidir. Couture Jardin, lüks outdoor mebeli anlayışını yenidən təyin edir. Haus Luxury Interiors olaraq, biz Couture Jardin brendini Azərbaycana gətirməkdən qürur duyuruq. Bakının seçici müştəriləri üçün bu brend, zövqlə hazırlanmış outdoor mebeli seçimində yeni bir mərhələ deməkdir. Couture Jardin hər məkana fərqli bir ruh qatacaq.
Couture Jardin bağ mebelləri evinizə təkcə lüksu yox, rahatlıq və zövqü gətirir..