

Eichholtz beynəlxalq interyer dizayn dünyasında tanınmış mebel və aksesuar brendidir. Şirkət 20 il əvvəl Teo Eichholtz tərəfindən təsis edilib və yarandığı gündən bəri möhtəşəm inkişafa nail olub.
Nisbətən gənc brend olaraq Eichholtz-un tarixi 20 il əvvələ gedib çıxır. Teo Eichholtz, tarixi 1888-ci ilə qədər uzanan bir supermarket sahibinin oğlu idi. Onu Asiya və Amerikanı gəzməyə vadar edən interyer və dizayna olan həvəsi. O uşaqlıq dostu Auke Wichers ilə Eichholtz şirkətini qurdu və onu bu gün Avropanın ən böyük şirkətlərindən birinə çevirə bildi.
Teo Eichholtz beynəlxalq interyer dünyasında məşhur bir ada çevrilib i və bu gün də belə davam edir. Brnedin bütün məhsulları peşəkar dizayn komandası tərəfindən hazırlanır və sonra bu məhsullar dünyanın hər yerindən gələn sənətkarlar işçilər tərəfindən istehsal olunur
Eichholtz yüksək keyfiyyətli materiallardan və məhsullardan istifadə etməyə üstünlük verir və öz üslubunu davam etdirir. Kolleksiyalarının yığılma tərzi və ümumi üslub brendin digər markalardan fərqləndirən iki əsas xüsusiyyətidir. Eyni zamanda, Eichholtz aksesuarlarına dünyada maraq getdikcə çoxalır.
Eichholtz yüksək keyfiyyətli materiallardan və eksklüziv detallardan istifadə etməyə üstünlük verir. Mebellərin hazırlanmasında zamana davamlı ağac, lüks parça, metallar və incə şüşə elementlər istifadə olunur. Kolleksiyaların yığılma tərzi və ümumi üslubu Eichholtz-u digər markalardan fərqləndirən iki əsas xüsusiyyətdir.
'Eichholtz üslubu' məşhur bir ifadəyə çevrilsə də, Teo Eichholtz öz sözləri ilə deyir ki, onun yaradıcılığını müəyyən edən xüsusi bir üslub yoxdur. “Hər zaman mərkəzi ideyadan başlasaq da, yeni kolleksiya yaradarkən qarşımıza fərqli, innovativ və dinamik məqsədlər qoyuruq. Beynəlxalq sərhədlər bizi heç vaxt ən yaxşının ən yaxşısını tapmaqda və onu əldə etməkdə məhdudlaşdırmayıb. "Diana Vreelandın fikrincə, göz səyahət etməlidir” - Teo Eichholtz deyir. Eichholtz , klassik və müasir elementləri harmonik şəkildə bir araya gətirən mebel və aksesuarları ilə seçilir. Brendin yaradıcı dizayn komandası tərəfindən hazırlanan kolleksiyalar dünyanın ən yaxşı sənətkarları tərəfindən istehsal olunur. Bu da məhsulların həm vizual, həm də funksional baxımdan mükəmməl olmasını təmin edir. Eichholtz-un dizaynları zamanın təsirinə tab gətirən, uzunömürlü zəriflik nümayiş etdirir. Onların hər bir parçası unikal bir hekayə daşıyır.
Əgər siz də evlərinizə beynəlxalq səviyyədə tanınan bir brendin imzasını atmaq istəyirsinizsə, Eichholtz kolleksiyaları sizin üçün ideal seçim ola bilər. Eichholtz mebellərinin incəliyini və ustalığını görmək istəyirsinizsə, Haus Luxury Interiors salonuna baş çəkin. Salonumuzda Eichholtz-un ən gözəl parçalarının geniş seçimlərini təqdim edirik. Bu Eichholtz-un mükəmməl dizaynını və yüksək keyfiyyətini qiymətləndirməyə imkan verir. Zərif oturacaqlar, lüks işıqlandırma və ya dəbli aksesuarlar axtarırsınızsa Eichholtz-un fərqli kolleksiyalarını nəzərdən keçirin. Keyfiyyətli və əbədi dizayna sadiqliyi ilə tanınan Eichholtz müasir və premium mebel seçimlərinin prestijli nümunələrindən biridir.